Başbuğun ömürlük azadlıqdan məhrum edilməsi istənildi
18 mart 2013 17:33 (UTC +04:00)

Başbuğun ömürlük azadlıqdan məhrum edilməsi istənildi

Türkiyədə “Ergenekon terror təşkilatı” ilə bağlı prokurorların tələb etdikləri cəzalar bəlli olub. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul XIII Ağır Cəza Məhkəməsində keçirilən prosesdə prokuror Ali Pekgüzel “Ergenekon terror təşkilatı”nın mövcudluğunun təsdiqini tapdığını bildirib.

 

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlker Başbuğ, istefada olan ordu generalı Hasan Iğsız, ordu generalı Nusret Taşdeler, ordu generalı Hurşit Tolon və jurnalist Tuncay Özkanın da aralarında olduğu 10 nəfər hökuməti zorla ortadan qaldırmağa təşəbbüs göstərməkdə günahkar sayılıb və onların ömürlük azadlıqdan məhrum edilmələri istənilib. Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçekin də ömürlük azadlıqdan məhrum edilməsi istənilib. Sedat Peker, Semih Tufan Gülaltay, Mehmet Bora Perinçek, Ali Yasak, Emin Şirin, Güler Kömürcü Öztürk və Tanju Güvendirenin də aralarında olduğu 96 nəfər isə terror təşkilatına üzv olmaqda günahkar sayılıb. Prokuror onların 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilmələrini tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817
avatar

Oxşar yazılar