Barak Obama Suriya və Rusiyanın planını yoxlamaq istəyir
11 sentyabr 2013 03:48 (UTC +04:00)

Barak Obama Suriya və Rusiyanın planını yoxlamaq istəyir

Sentyabrın 10-da ABŞ prezidenti Barak Obama senatorlarla keçirdiyi qapalı görüşdə Suriyaya hərbi müdaxilə ilə bağlı Senatın səsverməsini münaqişənin mümkün diplomatik həlli variantına baxılanadək təxirə salmağı təklif edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu barədə demokrat- senator Karl Levin jurnalistlərə  açıqlayıb.

 

«O, (prezident Barak Obama –nəzərdə tutulur-red.) suriyalılar və rusların Suriyadakı kimyəvi silahla bağlı niyyətlərinin ciddiliyini yoxlamaq istəyir.Bunun üçün ona vaxt lazımdır»-deyə, senator bildirib.

 

Xatırladaq ki,Suriyaya qarşı hərbi zərbələrin endirilməsi ilə bağlı qətnaməyə sentyabrın 11-də senatın, gələn həftə isə nümayəndələr palatasının səs verməsi nəzərdə tutulurdu.

 

Qeyd edək ki, Rusiya Suriyanın malik olduğu kimyəvi silahı beynəlxalq nəzarətə verilməsi  təklifi ilə çıxış edib, Suriya hakimiyyəti isə bu təşəbbüsü dəstəkləyib. BMT və Ağ Evdə bu təklifi nəzərdən keçirmək niyyətində olduqlarını bəyan ediblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar