Banqladeşin paytaxtı Dəkkədə polislə islamçı sayılanların yürüşü zamanı baş vermiş toqquşması nəticəsində 4 dinc sakin həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, etirazçılar «ateist-bloqqer»-in edam olunmasını istəyiblər.
Asayiş keşikçiləri yürüşü dağıtmaq üçün rezin güllə, gözyaşardıcı qazdan istifadə edib.
Bu tələblə kiçik miqyaslı yürüş Banqladeşin başqa şəhərlərində də keçirilib.
Mənbənin xatırlamasına əsasən, ötən həftə ölkədə tanınmış bloqqer Əhməd Rəgəb Heydər öldürülüb. Bu olaydan sonra benqal dilli internet saytlarında «islama qarşı» naməlum müəllif tərəfindən məlumatlar yayılıb.