Banqladeşdə toqquşma: 30 nəfər həlak olub
01 mart 2013 01:57 (UTC +04:00)

Banqladeşdə toqquşma: 30 nəfər həlak olub

Banqladeşdə “Camaati-İslami Banqladeş” müxalifət müsəlman partiyasının tərəfdarları ilə polis arasında baş vermiş kütləvi toqquşmada azı 30 nəfər ölüb, 300-dən çox adam xəsarət alıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, iğtişaşlara səbəb partiya 73 yaşlı lideri Delvar Hüseyn Seyidi  barəsində hərbi tribunalın ölüm hökmü çıxarması olub.

 

Məhkəmə onu  1971-ci ildə  Pakistandan ayrılmaq uğrunda müharibə zamanı «insanlığa qarşı cinayətlər törətməkdə» ittiham edib.

  

Yanvarda Banqladeş məhkəməsi tanınmış başqa lideri Əbdül Kəlam Azadı ölüm cəzasına məhkum etmişdi. O, müstəqillik uğrunda müharibə dövrü «soyqırım və başqa ağır cinayətlər törətməkdə» ittiham olunmuşdu. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar