İraq paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu barədə “Frans Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Məlumata görə, partlayış Bağdadın cənubunda, restoranın yaxınlığında törədilib.