İraqın paytaxtı Bağdadda yenə terror aktı törədilib. Lent. az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hərbçilərə qarşı törədilən terror hadisəsi 15 əsgərin ölümü ilə nəticələnib. Hadisə gecə saatlarında baş verib.
Təcili yardım maşınları ilə yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə əlaqədar rəsmi məlumat verilməyib.