Azərbaycanlı gənclər Kanada ermənilərinə açıq məktub göndərdilər
02 mart 2013 10:13 (UTC +04:00)

Azərbaycanlı gənclər Kanada ermənilərinə açıq məktub göndərdilər

 

Kanada Erməni Milli Komitəsinin “Azərbaycan: 30 günlük bədnamlıq” kampaniyasına cavab olaraq, Kanadanın Azərbaycan Gəncləri Şəbəkəsi bu təşkilata açıq məktub ünvanlayıb.

Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, məktubda Azərbaycana qarşı qərəzli faktlara əsaslanan nifrət kampaniyası “çirkin əməl” kimi qələmə verilir və Erməni Milli Komitəsinin Kanadanın erməni icması və yaxud da yoxsulluq, korrupsiya və işsizlik kimi problemlərdən əziyyət çəkən Ermənistana vaxt ayırmaqdansa, Azərbaycanı ləkələmə cəhdlərinin utancverici olduğu qeyd edilir.

Açıq məktubda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyi və bu işğalçı siyasət nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi həyat sürdüyü xatırladılır, bu həcmdə problemlərin istənilən dövlət üçün çətinlik yaradacağı qeyd edilir. Eyni zamanda Azərbaycanda mövcud olan hər hansı problemə Ermənistanın “töhfəsi”nin danılmaz olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar