Azərbaycandan Bosniya və Herseqovinaya təşəkkür
27 fevral 2013 15:08 (UTC +04:00)

Azərbaycandan Bosniya və Herseqovinaya təşəkkür

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində fəaliyyətini  davam etdiriləcək

 

Fevralın 26-da Bosniya və Herseqovinanın Parlamenti (Parlament Məclisinin Xalqlar Palatası) tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı Soyqırımı ilə əlaqədar „Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması “ adlı qətnamə qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, qətnamədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə  hörmət ifadə edilib.

Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də  bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırış edilib. Sənəddə  Ermənistan-Azərbaycan münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pislənib.  Sənəddə regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.

 Azərbaycan tərəfi Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdiyi ehtirama görə Bosniya və Herseqovinaya təşəkkür edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar