Azadlıq Ordusunun zabiti sui-qəsdə məruz qalıb
25 mart 2013 21:43 (UTC +04:00)

Azadlıq Ordusunun zabiti sui-qəsdə məruz qalıb

Suriya üsyançılarının liderlərindən biri, polkovnik Riad əl-Əsədə qarşı sui-qəsd törədilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına  görə, sui-qəsd nəticəsində ağır yaralanmış üsyançı hərbçi Türkiyə xəstəxanasına çatdırılıb. Polkovnikin sağ ayağı amputasiya edilib.

 

Mənbənin məlumatına əsasən, onun avtomobilinin raket və ya bomba zərbəsinə tuş gəldiyi ehtimal olunur.

 

Xatırladaq ki,  əl-Əsəd 2011-ci ildə, hələ münaqişə başlanan zaman, üsyançı düşərgəsinə keçən ilk zabitlərdəndir. O, Azad Suriya ordusunun yaradılmasında fəal iştirak edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar