Avrozonada işsizlərin sayı rekord həddə, 11,9 faizə yüksəlib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ötən ilin dekabrında bu göstərici 11,8 faiz olub.
Avropa Birliyinin statistika qurumu bildirib ki, birliyə üzv dövlətlər arasında ən çox işsizi olan ölkə Yunanıstandır. Bu ölkədə işsizlərin sayı 27 faizi çatıb, ən az isə Avstriyadır, 4,9 faiz.
Fevralda avrozonada inflyasiya azalaraq, 1,8 faiz təşkil edib.