Avropanın göbəyində inanılmaz oğurluq
19 fevral 2013 16:25 (UTC +04:00)

Avropanın göbəyində inanılmaz oğurluq

Fevralın 18-dən 19-a keçən gecə Belçikanın paytaxtı Brüsseldə hava limanında inanılmaz öğurluq baş verib.
 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Brüssel Prokurorluğu gecə baş verən olay zamanı silahlı və üzü maskalı səkkiz nəfərin iki avtomobillə aeroporta gəldiyini, aeroportun təhlükəsizlik divarını dələrək İsveçrəyə uçmağa hazırlaşan bir təyyarədən 50 milyon dollar dəyərində almazı oğurladıqlarını açıqlayıb.
Soyğunu qısa müddətdə gerçəkləşdirən 8 nəfər aradan çıxıb. Polis gecə saatlarında aeroport yaxınlığında yanmış bir avtomobil tapıb. Olayla bağlı araşdırma davam edir.
 

Aeroportun sözçüsü Jan Van Der Crujsse soyğunçuların hava limanının təhlükəsizlik divarında dəlik açdıqlarını və bu dəlikdən içəri daxil olaraq havaya qalxmaq üzrə olan təyyarəyə daxil olduqlarını söyləyib. Van Der Crujsse təyyarəyə silahla daxil olan soyğunçuların müqavimətlə qarşılaşmadan almazları götürərək geri döndüklərini bildirib. O, olayın bir neçə dəqiqə ərzində baş verdiyini, belə bir soyğunçuluq qarşısında niyə bu qədər çarəsiz olduqlarını açıqlaya bilməyəcəyini dilə gətirib: “Biz aeroportda ən sərt qaydaları tətbiq etmişik, ancaq belə hadisə baş verib...”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar