Avropalı deputatlar:«Rusiyaya qarşı əks tədbirlər görülməlidir»
13 dekabr 2013 03:28 (UTC +04:00)

Avropalı deputatlar:«Rusiyaya qarşı əks tədbirlər görülməlidir»

Avropa parlamenti Ukraynaya iqtisadi təzyiqlər etdiyi üçün Rusiyanı mühakimə edib.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda qurumun yaydığı özəl qətnamədə vurğulanıb.

 

Avropa parlamenti Rusiyanın Ukraynaya «siyasi və iqtisadi təzyiqlərin yolverilməz olduğunu bildirib». Qurum Avropa Birliyi ölkələrini Rusiyaya qarşı «eyni dildə» danışmağa çağırıb.

 

Parlament üzvləri bildirib ki, Rusiya bu sayaq təzyiqləri davam etdirərsə, o zaman əks tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.

 

Deputatlar hesab edib ki, Ukrayna ilə AB arasında Razılaşma Müqaviləsinin imzalanması ilə bağlı rəsmi Kiyevə islahatları davam etdirmək üçün Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və inkişaf bank vasitəsi ilə dəstək verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar