Dekabrın 4-də Avoopa Şurasının baş katibi Torbon Yaqland ölkədəki gərginliyi azaldılması məqsədi ilə Ukraynanya səfər edəcək.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Yaqland ölkənin baş naziri Nikolay Azarov, xarici işlər naziri Leonid Kojar və müxalifət liderləri ilə görüşəcək.
Dekabrın 5 - 6-da isə Kiyevdə ATƏT xarici işlər nazirlərinin iclası keçiriləcək. Ukraynanın bu qurumda sədrliyi 2014-cü il yanvarın 1-də başa çatır.