Strasburqda Avropa Komissiyasının dəstəyi ilə Avropa Şurasının Avropada yoxsulluğa qarşı mübarizəyə dair “İnsan hüquqları cəmiyyətlərində yoxsulluq və qeyri-bərabərlik; demokratik ölkələrdə paradoks” adlı iki günlük beynəlxalq konfransı keçirilir.
APA-nın Strasburq müxbirinin məlumatına görə, dünyanın 55 ölkəsindən gəlmiş 500-ə yaxın ekspertlərin iştirakı ilə keçirilən toplantıda tədbir iştirakçıları Avropada qorxulu həddə çatan yoxsulluğun hazırkı vəziyyətini, onunla mübarizə yollarını və bu istiqamətdə növbəti atılacaq addımları müzakirə edirlər.
Konfransı Avropa Şurası təşkil etsə də, tədbir əsasən Avropa Birliyi ölkələrində artan yoxsulluq problemlərinə yönəlib. AB ölkələrində 120 milyon yoxsul olduğu bildirilir.