Atom bombası üçün İrana 53-83 kq uran lazımdır
22 fevral 2013 03:23 (UTC +04:00)

Atom bombası üçün İrana 53-83 kq uran lazımdır

Güney Azərbaycanda, Mərkəz əyalətindəki Nətənz atom-nüvə obyektində İran  hakimiyyəti yeni, daha çağdaş sentrifuq quraşdırıb.

 

Lent.az-ın məlumatına görə, bu haqda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) açıqlama verib.

 

Qurumun hesabatına əsasən, uranın zənginləşdirilməsi ilə bağlı quraşdırılan yeni  avadanlıq Tehran hakimiyyətinin öz nüvə bombasını istehsal etmək üçün prosesi sürətləndirəcək.

 

AEBA-nın məlumatına görə, hazırda İslam Respublikasının 167 kq 20 faiz zənginləşdirilmiş uranı var. Atom bombası üçün isə 20 faiz zənginləşdirilmiş 220-250 kq uran lazımdır.

 

İsrail və qərb dövlətləri hələ də İran rəhbərliyinin «dinc məqsədli atom» proqramı adı latında nüvə silahı əldə etməsindən ehtiyatlanır. Rəsmi Tehran isə ünvanına deyilənləri təkzib etməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar