At əti axtarırdılar, donuz əti aşkarlayıblar
27 fevral 2013 04:31 (UTC +04:00)

At əti axtarırdılar, donuz əti aşkarlayıblar

Son günlər Avropada ərzaqla bağlı biri –birinin ardınca qalmaqallı olayların baş verir. Əvvəlcə bəlli oldu ki, mal əti yerinə at əti satılıb. Bu olayın ardınca Almaniyada orqanik yumurta yerinə adi məhsul satıldığı aşkarlanıb.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, İsveçrədə İslam Mərkəzi Şurası 20 dönərxanadan aldığı nümunəni laboratoriyada araşdırıb.

 

Həmin araşdırmanın aparılmasında məqsəd dönər satılan yerlərdə mal əti yerinə  atınkının satılmasını öyrənmək olub.

 

Ancaq at əti yerinə donuzunku aşkarlanıb.

 

Nəticələrə isveçrəli məsullar etiraz etməyib və bildirib ki, ölkədə donuz ətinin satılması,  yeyilməsi qadağan edilməyib. Dönərin qoyun ətindən hazırlandığı onların diqqətinə çatdırıldıqdan sonra ölkə məsulları bu məsələ ilə bağlı sanksiyalar tətbiq edəcəklərini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar