Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana qarşı ermənilər aksiya keçirib.
Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, bir qrup erməni 2020-ci il olimpiadası seçimlərinin keçirildiyi «Hilton» mehmanxanasının önünə yığışıb.
Atatürk və Ərdoğanın şəkli olan plakatları tutmuş ermənilər saxta tarixin Türkiyə tərəfindən tanınmasına dair şüarlar səsləndirib. Bu aksiyada solyönlü sayılan terrorçu «İnqilabçı Barrikada Quruluşu» da iştirak edib.