Argentina prezidenti Kristina Kirşner Roma papası Fransiski ölkəsinin ərazi bütövlüyü məsələsinə müdaxilə etməyə çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, martın 18-də papa Fransisklə Vatikanda görüşüb. Kristina Kirşner Vatikan liderinin qəbul etdiyi ilk dövlət başçısıdır.
Hələlik bu məsələyə Roma papasının reaksiyası bəlli deyil.
2011-ci ildə Бerqolo Buenos-Ayresin arxiyepiskopu olanda bildirmişdi ki, Britaniya Folklend adalarını «qəsb edib».
İngiltərənin baş naziri Devid Kemeron onda indiki papanın bu bəyanatına qarşı çıxış etmiş, onunla «razılaşmadığını» bildirmişdi.