Argentina hakimiyyəti Britaniyanın 4 neft şirkətinin fəaliyyətini öz ərazisində yasaqlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar Folklend adalara yaxınlığında neft-qaz yataqlarında kəşfiyyat işlərində iştirak ediblər.
Argentinalıların «qara siyahı»-sına «Borders and Southern Petroleum PLC», «Desire Petroleum PLC», «Argos Resources Ltd» və «Falkland Oil» salınıblar.
Buenos-Ayres hesab edir ei, həmin şirkətlər qanunsuz olaraq axtarış-kəşfiyyat işləri ilə məşğul olub.
Xatırladaq ki, bu adaya həm də Argentina iddia edir.