Amurdəryanın altından dəvə yolu aşkarlanıb
28 fevral 2013 07:21 (UTC +04:00)

Amurdəryanın altından dəvə yolu aşkarlanıb

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, Ukraynanın «Altkom» şirkətində çalışanlar Türkmənistanın Atamurad və Kərkiçi şəhərlərini biri-biri ilə birləşdirən körpünün tikintisində bir keçilməz maneənin şahidi olublar.

 

Şirkətin rəsmi internet saytında yerləşdirilən xəbərə görə, Amudəryanın altında yeraltı tunel aşkarlanıb. Müəssisənin Türkmənistandakı şöbəsinin müdiri Aleksandr Hamaydula deyib ki, bir neçə yüz il öncə tikilən bir tunel aşkar ediblər.

 

«Mütəxəssislərimizi körpü salarkən önəmli bir tarixi tikintinin şahidi olub: 4 metr eni, 4 metr hündürlüyündə 4 tunel. Ehtimal olunur ki, bu tunellərdən dəvə karvanı keçərmiş. Onların 500 il öncə tikildiyi ehtimal edilir. Hazırda o, su, qum və palçıqla dolub»-deyə, şirkət təmsilçisi söyləyib.

 

Qeyd edək ki, Orta Asiyada Amudərya kimi tanınan bu çayın qədim adı Ceyhundur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002
avatar

Oxşar yazılar