Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Titonun planına əsasən, Marsa və geri səyahət 500 gün sürəcək.
Səyahətin 2018-ci il yanvarın 5-də başlayacağı nəzərdə tutulub. Ekspedisiya Marsa həmin il avqustunu 20-də çatacaq. Sponsorun sözlərinə görə, kosmik gəmi Marsa eniş etməyəcək. O, Qırmızı planetdən 100 min km aralı uçacaq.
Tito deyib ki, kosmosa orta yaşlı bir qadın və kişinin uçması planlaşdırılıb.
Xatırladaq ki, 12 il öncə Dennis Tito 20 milyon dollar xərcləyərək, kosmosa uçan ilk turistdir.