Moskva ölkəyə mühacirlərə qarşı siyasətini sərtləşdirdiyi halda Rusiya vətəndaşları isə ölkədən qaçır. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yanvarın 10-da Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, 2013-cü ildə 15,5 min Rusiya vətəndaşı bu ölkəyə sığınmaq üçün müraciət edib.
Qurum bunun ötən illə müqayisədə 4,5 dəfə çox olduğu vurğulanıb.
Mənbə bildirib ki, Almaniyaya sığınmaq üçün müraciət edənlər arasında Rusiya Serbiyadan (18 min) sonra ikinci yerdədir.
Rusiyadan Almaniyaya qaçqın axını 2012-ci ilin mayından artmağa başlayıb, 2013-cü ildə isə bu ən zirvə olub.