Almaniyada göbələkli süd, kifli qarğıdalı qalmaqalı
02 mart 2013 05:10 (UTC +04:00)

Almaniyada göbələkli süd, kifli qarğıdalı qalmaqalı

Avropada at əti ətrafında yaranmış qalmaqla sakitləşməmiş, yenisi yaranıb.

Lent.az-ın «euronuys»-a istinadən məlumatına görə, Almaniyada  45 min tonluq yem qarğıdalıda «aflatoksin V1», xərçəng yaradan kif göbələyinin aşkarlanıb.

İlkin məlumata əsasən, bu yem ölkəyə Serbiyadan gətirilib. Qarğıdalı yemi iri buynuzlu mal-qara, donuz və quşlar üçün nəzərdə tutulubmuş.

Yerli hakimiyyət istehlakçıları bundan rahatsız olmamağa çağırıb.

«Aflatoksin B1 – toksiki və kanserogen mənşəlidir. Bütünü hallada istənilən ərzaq məhsulunda bu olmamalıdır. Südün keyfiyyəti ilə bağlı qoruyucu nəzarət sistemi fəaliyyət göstərir»-deyə, Şimali Reyn- Vestfaliya torpağını kənd təsərrüfatı naziri bildirib.

Qeyd edək ki, normada bir kiloqram yemdə 0,02 mikroqram «aflatoksina B1» olmalıdır. Kif göbələyinə yoluxmuş qarğıdalı yemində isə bu rəqəm on dəfə artıq olur.

Almaniya hökuməti bu təhlükəli yemin ölkəyə gətirilməsini araşdırır, südü yoxlayır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar