Almaniya vətəndaşlığını alan mühacirlərin sayı çoxalır
27 avqust 2013 02:29 (UTC +04:00)

Almaniya vətəndaşlığını alan mühacirlərin sayı çoxalır

Almaniya Federal Statistika İdarəsi bildirib ki, ötən il ölkə vətəndaşlığı almış mühacir yunanların sayı 4 minə çatıb. Lent.aznı «BBC» -yə istinadən məlumatına görə, bu ötən illə müqayisədə Almaniya vətəndaşı olanların sayının 80 faiz artması deməkdir.

 

Mənbə bildirib ki, Almaniya vətəndaşı olanların ümumi sayı  isə 5 faiz çoxalaraq, 112 min 300 mühacir təşkil edib.

 

Daha çox vətəndaşlıq alanlar Türkiyədən gələnlərdir. İkinci yerdə Serbiya, Çernoqoriya (Monteneqro, Qaradağ) mühacirləri tutur.  Üçüncü cərgədə isə Polşa vətəndaşlarıdır.

 

Almaniya vətəndaşı olmaq üçün şərtlərdən biri 8 il fasiləsiz olaraq, bu ölkədə yaşamaq, o biri isə alman dilini bilməkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872
avatar

Oxşar yazılar