Ağ ev:«Hərbi zərbədən sonra Suriya sülh konfransı»
10 sentyabr 2013 05:14 (UTC +04:00)

Ağ ev:«Hərbi zərbədən sonra Suriya sülh konfransı»

«ABŞ yalnız hərbi zərbələrdən sonra  Suriya üzrə Cenevrədə sülh konfransının keçirilməsinə nail olmaq niyyətindədir».

 

Lent.az-ın «BBC»-yəə istinadən məlumatına görə, bu açıqlamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays verib.

Onun sözlərinə əsasən, ABŞ diplomatik səylərini «məhdud hərbi zərbələrdən sonra» bərpa edəcək.

 

Dövlət Departamentinin təmsilçisi Mari Harf isə bildirib ki, Birləşmiş Ştatlar Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarət verilməsinə çox şübhə ilə yanaşır.

 

Vaşinqtonda bunun vaxtı uzatmaq üçün bəhanə olduğu qənaətindədirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar