Afinada minarəsiz məscid
10 mart 2013 05:42 (UTC +04:00)

Afinada minarəsiz məscid

Yunanıstan paytaxtı Afinada məscid tikintisi layihəsinin gerçəkləşməsi sürətlənə bilər.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Yunanıstanın baş naziri Andonis Samarasın istanbula səfərindən sonra məscid layihəsinin yenidən gündəliyə gəldiyini yazan yerli «Ta Nea» qəzeti onun maketini də çap edib.

 

Maketdə məscidin minarəsinin olmaması diqqət çəkib. Qəzetin xəbərinə əsasən, məscid qədim hərbi binaya oxşayacaq.

 

850 min avroluq bu binada eyni vaxtda 350 nəfər ibadət edə biləcək. Onun Afinanın mərkəzinə yaxınlıqda tikiləcəyi gözlənilir.  

 

Mənbənin xatırlamasına əsasən, Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan Qətərdə səfərdə olarkən, yunan həmkarı Samarasla görüşdə bu məsələni gündəliyə gətirib. Ərdoğan həmkarına məscidin tikintisinin maliyyə xərclərini ödənməsi ilə bağlı da təklif edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Oxşar yazılar