ABŞ-da adamyeyən polislə bağlı xəbər ölkəni sarsıdıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, Nyu-York şəhərinin polisi Gilberto Valle öz kompüterinə qaçırıb, yeyəcəyi 100 qadının adını qeyd edib. O, bunlardan üçü ilə əlaqə qurub, fəaliyyətə başlamaq istəyərkən, polisin işə qarışması, Vallenin arzusunu gözündə qoyub.
Ötən həbs olunan Gilbertonun Nyu-Cersidə Mixael van-Hays adlı iş birliyində oldu daha bir adam varlığı aşkarlanıb.
Fevralın 25-də KİV-in «yamyam polis» adlandırdığı keçmiş polislə ortağının məhkəməsi başlayıb. Məhkəmədə verdiyi ifadə isə hakimlərinin qanını dondurub.
«Səssizcə evinə girib, onu baltalayacaqdım. Onu bir yerə bağlayıb, bişirəcəkdim. O, mənim ilk qurbanım olacaqdı...» - deyə, o, söyləyib.
Araşdırmaya əsasən, adamyeyənlərin internet şəbəkəsinin varlığı da ehtimal olunur.
«Yamyam polis»ə isə prokuror 20 il həbs istəyib.