Abxaziyada rusiyalı diplomat öldürüldü
09 sentyabr 2013 13:43 (UTC +04:00)

Abxaziyada rusiyalı diplomat öldürüldü

Rusiyanın tanınmamış “Abxaziya Respublikası”ndakı səfirliyinin konsulluq şöbəsinin 1-ci katibi Dmitri Vişernev öldürülüb.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qətl sentyabrın 9-da Moskva vaxtı ilə saat 08.30-da baş verib.

 

İlkin xəbərlərə əsasən D. Vişernev Suxumi şəhərindəki evinin qarajının yaxınlığında odlu silahdan başına açılan atəşlə qətlə yetirilib. Onun öz xidməti avtomobili ilə qarajdan çıxarkən vurulduğu bildirilir. Avtomobildə 36 yaşlı diplomatın həyat yoldaşı da olub. Hadisədə onun da yaralandığı və xəstəxanaya aparıldığı xəbər verilir. Fakt üzrə cinayət işi qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226
avatar

Oxşar yazılar