Tanınmamış Abxaziya Respublikasının xüsusi xidmət orqanı Rusiyanın oradakı səfirliyinin birinci katibi, konsulun müavini Dmitri Vişernevin qətlini «terror aksiyası» adlandırıb.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, xüsusi xidmətin əməkdaşı deyib: «Bu faktiki olaraq, Rusiya diplomatik əməkdaşına yönəli terror aktıdır».
Suxuminin prokuroru Alisa Biqvava bildirib : «Bunun təhqirlə əlaqəsi yoxdur. Olayı yalnız qəsd saymaq olar».