ABŞ dövlət katibinin silahlar üzərində nəzarət və beynəlxalq təhlükəsizlik üzrə birinci müavini əvəzi Rouz Gettemüller nüvə dözümlüyü məsələləri ilə bağlı sammitdə bildirib ki, ABŞ və Rusiyanın nüvə ehtiyatını ikitərəfli əsasda ixtisar edəcəyinə Vaşinqton əmindir.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, deyib: «Ağ ev hesab edir ki, ABŞ və Rusiyanın əlində hələ də dünya nüvə silahı arsenalını əsas hissəsi cəmlənir. Bunu yadda saxlayaraq, biz yeni Strateji Hücum Silahı müqaviləsi imzalamaqla örnək ola bilərik».
O, qeyd edib ki, müqavilə şərləri hər iki dövlət tərəfindən uğurla keçirilir.