ABŞ və Böyük Britaniya kəşfiyyatı hakerlikdə günahlandırılır
06 sentyabr 2013 10:31 (UTC +04:00)

ABŞ və Böyük Britaniya kəşfiyyatı hakerlikdə günahlandırılır

ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları milyonlarla internet istifadəçisinin və şirkətlərin şəxsi məlumatlarını, elektron məktublarını və bank əməliyyatlarını mühafizə edən deşifrləmə sistemini sındırmağa nail olub.

 

Lent.az-ın verdiyi məlumata görə, bu barədə “The Guardian” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlərə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) superkompüterlərdən istifadə etməklə mövcud şifrləri sındırmaqla yanaşı, İT şirkətləri və internet provayderləri ilə məxfi əməkdaşlıq sayəsində şifrləmə mexanizmlərində boşluqları aşkar edib, eləcə də bu sahədəki beynəlxalq standartları zəiflədib. Sənədlərə əsasən, MTA-nın onillik antikriptoqrafik proqramı 2010-cu ildə çoxlu sayda məlumat toplamağa nail olmaqla böyük irəliləyişə müvəffəq olub. Xüsusi xidmət orqanının ABŞ-ın kiberməkanına məhdudiyyətsiz çıxış və istifadə üçün əsas kimi xarakterizə etdiyi məxfi proqramın illik büdcəsi 250 milyon dollar təşkil edib.

 

Antikriptoqrafik proqramda MTA ilə yanaşı, Böyük Britaniyanın radioelektron kəşfiyyat və dövlət orqanlarının informasiyasının mühafizəsinə məsul olan Hökumət Rabitəsi Mərkəzi (Government Communications Headquarters, GCHQ) də iştirak edib. “The Guardian”ın məlumatına görə, mərkəz “Hotmail”, “Google”, “Yahoo!” və “Facebook” servislərindən keçən şifrlənmiş məlumatların sındırılması üsullarının hazırlanması ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar