ABŞ Ukraynaya əlavə 335 mln dollar ayırır
01 aprel 2016 05:29 (UTC +04:00)

ABŞ Ukraynaya əlavə 335 mln dollar ayırır

ABŞ  Ukraynaya Silahlı Qüvvələri, Milli Qvardiya və Dövlət Sərhəd Xidməti daxil olmaqla təhlükəsizlik sahəsinin islahatlaşdırılması üçün əlavə  335 mln dollar ayıracaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirdiyi danışıqların yekunlarına dair “Feysbuk” səhifəsində yazıb.   

 

O həmçinin Ukraynaya hərtərəfli dəstək göstərdiklərinə görə Baydenə və ABŞ-ın dövlət katibi Con Kerriyə minnətdarlığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar