APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Mek Tornberri və konqresmen Adam Smit tərəfindən hazırlanan layihədə Ukraynaya müdafiə xarakterli letal (öldürücü) silahlar, tank əleyhinə sistemlər, raket təhlükəsini müəyyənləşdirən radarlar və hərbi təlim dəstəyi verilməsi nəzərdə tutulur.
A. Smit bildirib ki, Rusiya “soyuq müharibə” dövrünə geri qayıdır və iqtisadi sanksiyalar prezident Putinin planlarını dəyişməyib.