ABŞ Rusiyanın vertolyotlarından imtina edib
14 noyabr 2013 07:01 (UTC +04:00)

ABŞ Rusiyanın vertolyotlarından imtina edib

Pentaqon Əfqanıstan ordusu üçün Rusiyadan əlavə olaraq vertolyot almaqdan imtina edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu respublikaçı senator belə dəyərləndirib: «Müdafiə Nazirliyinin bu qərarını alqışlayıram. Nəhayət «Rosoboroneksport»-dan əlavə vertolyot almaq planından imtina etdi».

 

Xatırladaq ki, bu məqsəd üçün ABŞ Rusiyadan 345 milyon dollarlıq 15  ədəd «Mi-17» almağı planlaşdırırdı.

Bir müddət öncə «Rosoboroneksport» bildirmişdi ki, 2014-cü ildə Rusiya ABŞ-a Əfqanıstan ordusu üçün 30 «Mi-17V5» vertolyotu satacaq.

Beynəlxalq terrorçuluğa mübarizə çərçivəsində ABŞ-la Rusiya arasındakı razılaşmaya əsasən Əfqanıstan üçün 63 bu tip vertolyot alınmalı idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986
avatar

Oxşar yazılar