ABŞ prezidentinin mühafizəsinə qadın rəhbərlik edəcək
Prezident Barak Obama ABŞ Məxvi Xidmətinə yeni rəhbər təyin edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onu və ailəsini qoruyacaq bu xidmətə ilk dəfə olaraq, qadın - Culiya Pirson başçılıq edəcək.
Bu xidmətə rəhbərlik etmiş Mark Sallivan ötən ay istefa verib. Onun istefası bir sıra qalmaqallı olaylarla əlaqələndirilib. Bunlardan biri bir il öncə B.Obamanın Kolumbiyaya səfəri zamanı baş verib. Onda məlum oldu ki, qurumun agentlərinin yüngül əxlaqlı qadınların xidmətindən yararlanırlar.
Mövcud və keçmiş prezidentlərin mühafizəsi ilə yanaşı, Gizli Xidmət bir sıra maliyyə ciinayətlərin araşdırılması ilə də məşğul olur.