ABŞ hakimiyyəti yüz nəfərlik hərbi heyəti Nigerə göndərib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, amerikalı hərbçilər Malidəki Fransa ordusuna qiyamçılara qarşı mübarizədə yardım edəcək.
Prezident Barak Obama Konqresə müraciətində bildirib ki, amerikalı hərbçilər kəşfiyyat materiallarının toplanması ilə məşğul olacaq.
Ötən ay ABŞ-la Niger arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Vaşinqton pilotsuz uçan aparatlar üçün bu Afrika ölkəsində hərbi baza tikməyi planlaşdırır.
Xatırladaq ki, bu ilin yanvarında Fransa ölkənin şimalındakı islamçı sayılan qiyamçılara qarşı mübarizə aparmaq üçün Maliyə hərbçi yollayıb. Ötən gün ölkənin aparıcı şəhəri Qao uğrunda qanlı vuruşlar gedib.