ABŞ kəşfiyyatı peykdən görüntülərlə avqustun 21-də Suriyada kimyəvi hücumu rejimin nəzarəti altında olan ərazidən edildiyini təsdiqləyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, avqusutun 30-da Ağ Evin məsələ ilə bağlı yaydığı məruzədə də bu təsdiqlənib.
Mənbənin bildirdiyinə əsasən, kimyəvi silah zərbəsi müxalifətin nəzarəti altında olan Kafr-Batna, Cobar, Eyn-Tarma, Dariya və Müəddəmiyyə şəhərlərinə endirilib.