ABŞ Karzayın NATO ilə bağlı tələbinə izahat istəyir
26 fevral 2013 06:49 (UTC +04:00)

ABŞ Karzayın NATO ilə bağlı tələbinə izahat istəyir

Əfqanıstan hakimiyyəti NATO qüvvələrindən Vərdək əyalətini tərk etməsini istəyib.

 

Lent.az-ın «RİA-Novost»-yə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Patrik Ventrell bildirib ki, rəsmi Vaşinqton Kabuldan bu mövqeyinə aydınlıq gətirməsi ilə bağlı müraciət edib.

 

Bir müddət öncə, Qərbin informasiya vasitələri yazmışdı ki, amerikalı hərbçilər yerli əfqanlara «işgəncə verilməsində» iştirak etdiyi üçün Əfqanıstan prezidenti Həmid Karzay NATO qüvvələrinin Vərdəkdan çıxmasını tələb etmişdi.

 

«Bu xəbərlə bağlı ətraflı məlumat üçün sorğu vermişik. Hazırda Əfqanıstanla müzakirə gedir. Vəziyyətə aydınlıq gələnədək biz bu xəbərə şərh verməyəcəyik və onu dəyərləndirməyəcəyik»-deyə, Ventrell söyləyib.

 

O, məsləhətləşmənin hansı səviyyədə aparılmasına və tərəflər arasında əldə olunmuş anlaşmaya aydınlıq gətirməyib: «Belə iki tərəfli təmaslar üçün əlimizdə yetərincə imkan və vasitələr var».
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35