ABŞ İranın atom nüvə – alimi Müctəba Atarodi həbsdən azad edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, ABŞ-da yaşamaq üçün «yaşıl kartı» olan bu alim 2011-ci ildə nüvə obyektlərində istifadə edilən avadanlığı almağa cəhd etdiyi üçün tutulmuşdu.
Mənbə bildirib ki, Atarodi Cenevrədə imzalanmış «nüvə sövdələşməsi» çərçivəsində sərbəts buraxılıb.
«The Time sof İsrael»-in yazdığına görə, bu alim İranla ABŞ arasında keçirilən gizli danışıqların nəticəsində azad edilib.
Xatırladaq ki, İran hakimiyyəti amerikalı turistlər Sara Şurd və Şeyn Baueri uyğun olaraq, 2010 və 2012-ci illərdə azad etmişdi.
Ötən il isə ABŞ «silah qaçaqmalçılığında» suçlu bilinərək, həbs edilən iranlı Şəhrzad Mirquluxanı, gecəgörmə cihazlarını alan zaman tutulan, İslam Respublikası xüsusi xidmət orqanının agenti, Tehranın İordaniyadakı keçmiş səfiri Nüsrətulla Taciki, habelə nüvə obyektlərində istifadə etmək üçün vakum nasosları əldə etməyə cəhd göstərən zaman Almaniyada tutulan Əmircüseyn Seyrafini azad edib.
Mənbənin xatırlamasına əsasən, hazırda İran həbsxanalarında ABŞ Federal Təhqiqat Bürosunun keçmiş agenti Robert Levinson, keşiş Səid Abidini və ABŞ Silahlı Qüvvələrinin keçmiş dəniz piyadası Əmir Hikməti saxlanılır.