ABŞ ermənilərinin Cavahetiya istəyi
19 mart 2013 02:13 (UTC +04:00)

ABŞ ermənilərinin Cavahetiya istəyi

 

Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ Konqresinə Birləşmiş Ştatlar hökuməti tərəfindən Gürcüstana ayrılan bütün vəsaitlərin 10%-ni «tarixən ermənilərin məskunlaşdığı Samtsxe-Cavaheti bölgəsinə» yönəltmək barədə müraciət edib.

 

«Ermənistanın bölgəyə artan diqqəti «Gürcüstanın dağıdılmasına yönəlmiş rus-erməni layihəsidir». Milli Məclisin deputatı Səməd Seyidov APA-ya ANCA-nın müraciətini belə şərhə edib.

 

ABŞ-da rəsmi səfərdə olan Gürcüstan parlamentinin spikeri David Usupaşvili Karnegi fondundakı çıxışı zamanı ermənilərin müraciətini belə dəyərləndirib: «Samtsxe-Cavaheti Gürcüstanın bölgələrindən yalnız biridir. Mən yardımın ora yönəldilməsinin əleyhinə deyiləm, lakin bu, digər bölgələrin hesabına edilməməlidir. Bizim həmçinin çox gözəl Kvemo-Kartli bölgəmiz var. Oranın da ehtiyacları böyükdür və mən istərdim ki, ora da yardım edilsin. Məsələn, Meqreliyaya da yardım lazımdır. Düşünmürəm ki, bu məsələlərin həllində bölgə insanlarının ehtiyaclarından başqa nəsə rol oynamalıdır, və Gürcüstan da vətəndaşlarının qayğısına qalmalıdır. Əlbəttə ki, ilk növbədə öz resurslarının hesabına. Bu daha ədalətli olardı.

 

Hesab edirəm ki, bizim problemlərimiz çoxdur. Bizim bölgəmiz çox mürəkkəb, maraqlı və dinamik bir yerdir. İstənilən istiqamətə hərəkətdə çox ehtiyatlı olmaq lazımdır, çünki nə Gürcüstan, nə də ətraf ölkələr üçün yaxşı olmayacaq dinamika üçün imkan var.

Eyni zamanda Gürcüstan hökuməti başa düşür ki, ölkədə yaşayan azlıqlar xüsusi diqqət tələb edirlər. Misal üçün, baş nazir İvanişvili regional mətbuat orqanları ilə görüşdə bəyan etdi ki, Batumidə məscidin tikilməsi məsələsi ilə şəxsən məşğul olacaq. O insanların dini etiqad azadlığının məhdudlaşdırıldığı utancverici tarixi dönəmə son qoyacağını bildirdi».

 

Usupaşvilinin çıxışının moderatoru, Karnegi Fondunun eksperti Tomas de Vaal xatırladıb ki, Samtsxe-Cavaheti bölgəsinə artıq «Minilliyin çağırışı» («Millenium Challenge») layihəsi çərçivəsində Gürcüstana ayrılmış vəsaitlərin xeyli hissəsi yönəldilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar