ABŞ dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsi hələ də canlıdır və potensial təhlükədir”
05 iyun 2013 10:18 (UTC +04:00)

ABŞ dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsi hələ də canlıdır və potensial təhlükədir”

İyunun 4-də ABŞ dövlət katibi Con Kerri Massaçusets ştatında Ermənistan xarici işlər Edvard Nalbandyanla görüşüb.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Con Kerri görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, hazırda ən başlıca məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir.

Con Kerri bildirib ki, bütün tərəflər yaranmış dalandan çıxmaq üçün səy göstərir və bu, çox vacibdir: Mən bütün tərəflər dedikdə əlbəttə ki, azərbaycanlıları, o cümlədən Türkiyə, Rusiya və İranı nəzərdə tuturam. Hamı dalandan çıxmağa yol axtarır, çünki bu münaqişə hələ də canlıdır və həmişə potensial təhlükədir. Edvard Nalbandyanla görüşdə də bu məsələni müzakirə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Oxşar yazılar