ABŞ, Britaniya və Fransa BMT-yə yeni qətnamə təqdim edəcək
10 sentyabr 2013 22:23 (UTC +04:00)

ABŞ, Britaniya və Fransa BMT-yə yeni qətnamə təqdim edəcək

Britaniya, Fransa və ABŞ bu gün BMT Təhlükəsizlik Şurasına Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı qətnamə layihəsi təqdim edəcək.


 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Britaniyanın baş naziri Devid Kemeron bildirib.

 

Bundan əvvəl verilən xəbərə görə, Suriya ilə bağlı yeni qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına tək Fransa təqdim edəcək.

 

“Bu təklifin ciddi olacağı təqdirdə biz birgə addım atmağa hazırıq və mənim fikrimcə BMT Təhlükəsizlik Şurasının qətnaməsi çox yaxşı ideyadır” - deyə, Kemeron Britaniya parlamentində çıxışı zamanı deyib.  

 

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov sentyabrın 9-da  Moskvada suriyalı həmkarı Valid Müəlimlə görüşdə Suriyanın sahib olduğu kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi, məhv edilməsi və Dəməşqin hətta Kimyəvi Silahların Qadağan olunması Təşkilatına tam qoşulması barədə təklif verdiklərin açıqlamışdı.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Oxşar yazılar