ABŞ-ın iki bombardmançı «B-52»-si rəsmi xəbərdarlıq etmədən Çin tərəfindən Şərqi Çin dənizində yaradılmış Hava Hücumundan Müdafiə bölgəsinə daxil olub.
Lent.az-ın «İTAR -TASS»-a istinadən məlumatına görə, bu haqda «Wall Street Journal» qəzetinə amerikalı rəsmilər xəbər verib.
Məlumata əsasən, olay noyabrın 25-də Bakı vaxtı ilə 04.00 olub.
Bombardmançı təyyarələr Çinlə Yaponiya arasında mübahisəli ərazi sayılan Dyaoyuydao (Senkaku) adasının üzərindən uçub.
Xəbər qeyd edilib ki, qırıcıların uçuş «Coral Lightning» adlı hərbi manevrin tərkib hissəsidir.
Təyyarələrin göyərtəsində silah olmayıb. Onları başqa qırıcılarda müşayiət etməyib. Təlimdən sonra bombardmançılar Quama adasına geri dönüb.
Mənbə bildirib ki, Çin tərəfi təyyarələrin heyəti ilə rabitə əlaqəsi saxlaya bilməyib. Uçuş olaysız başa çatıb.