Cenevrədə Tehranın atom-nüvə problemi ilə bağlı ABŞ-ın dövlət katibi Con Kerri, Avropa Birliyinin (AB) ali komissarı Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin iştiraka ilə keçirilən üçtərəfli görüş başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, 3 saatdan çox sürən görüş haqda jurnalistlərə qısa açıqlama verən ABŞ-ın dövlət katibi Con Kerri deyib:«İş çoxdur. Davam edirik».
AB-nin mətbuat katibi Maykl Mann isə «Twitter» edən danışıqları müsbət kimi dəyərləndirib.