ABŞ-ın qapıları İranla münasibətlər üçün açıqdır
26 noyabr 2013 07:02 (UTC +04:00)

ABŞ-ın qapıları İranla münasibətlər üçün açıqdır

«ABŞ İrana yönəlik münasibətdə diplomatik danışıqlar üçün qapıları bağlaya bilməz». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bunu  ABŞ prezidenti Barak Obama deyib.

 

«Biz danışıqlar üçün qapıları bağlaya, beynəlxalq problemlərin dinc yolla həllindən imtina edə bilmərik. Siyasi baxımdan sərt danışmaq və yekəxanalıq etmək ola bilsin asandır. Ancaq bu, ABŞ-ın təhlükəsizliyi üçün təhlükəlidir» -deyə, Ağ Evin yiyəsi bildirib.

 

O, Cenevrədə «altılıq»la İran arasında keçirilən danışıqları «prinsipial və obyektiv» adlandırıb.

 

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netaniyahu ilə telefon danışığında Barak Obama «İsrailin təhlükəsizliyinin təmini ilə bağlı ABŞ-ın öhdəliyini» bir daha təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar