Avqustun 26-da ABŞ-ın dövlət katibi Con Kerri Suriyada kimyəvi silahın tətbiqi ilə bağlı açıqlama verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib: «Əlimizdə əlavə məlumat var. Biz onu müttəfiqlərimizə və beynəlxalq ictimaiyyətə təqdim edəcəyik. Suriyada kimyəvi silah tətbiqi bir gerçəklikdir və bunun üçün inandırıcı, əsaslı faktlar mövcuddur. Biz bilirik ki, bu silah rejimin nəzarəti altındadır. Bu hücumu rejimin raketlərdən istifadə etməklə gerçəkləşdirə biləcəyini də bilirik.
Bu qorxaq bir cinayətdir. Saxtakarcasına onu gizlətməyə səy göstərilir».
.