“Rusiya BMT Təhlükəsizlik Şurasının girov saxlamaqda davan edir və öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən kimyəvi silahın qadağan olunması haqqında Konvensiyanın müddəalarını pozur”.
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Nyu-Yorkda keçirdiyi brifinqdə çıxış edib.
Onun sözlərinə görə, BMT TƏhlükəsizlik Şurası Rusiyanın günahı ucbatından Suriya ilə bağlı hər hansı addım ata bilmir. ABŞ səfiri 1945-ci ildə məhz bu cür miqyaslı təhlükələrə qarşı yaradılmış sistem son iki ildir fəaliyyət göstərə bilmir: “Bu sistem sülhü və qazdan zəhərlənmiş yüzlərlə suriyalı uşağın təhlükəsizliyini təmin edə bilmədi. Sistem həmçinin regionda stabilliyi təmin edə bilmədi. Bunun əvəzinə sistem şəhərin bir tərəfində BMT ekspertləri ola-ola digər tərəfinə kimyəvi silah tətbiq etmək cürətinə sahib rejimə havadarlıq edən Rusiyanın iddialarını müdafiə edir”.
ABŞ-ın bəzi müttəfiq dövlətlərə Suriyada kimyəvi silah tətbiqinə hərbi müdaxilə ilə cavab verilməsinə dair müzakirələr aparmasına gəldikdə, Samanta Pauer bildirib ki, bu münaqişənin hərbi yolla həllinin mövcud olduğu anlamına gəlmir. Səfir əlavə edib ki, ABŞ tərəfdarları ilə birlikdə Suriyanı danışıqlar masası arxasına əyləşdirməyə çalışır.