ABŞ-ın Haylend şəhəri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb. Lent.az-ın qondarma qurumun “Xarici İşlər Nazirliyi”nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kaliforniya ştatının Haylend Şəhər Şurası Laçın şəhəri ilə qardaşlıq münasibətlərinin qurulması barədə bəyannamə qəbul edib.
Digər bəyannaməyə əsasən, Haylend qondarma “DQR”in müstəqilliyini tanıyır və ABŞ prezidenti Barak Obama ilə ABŞ Konqresini “DQR”in öz müqəddəratını təyin etmə və demokratik müstəqillik hüququnu, onun strateji cəhətdən vacib regionda dünya birliyinin gücləndirilmiş ədalətli və uzunmüddətli təhlükəsizlik məsələsinin həllinə yönəlmiş konstruktiv daxil olmasını dəstəkləməyə çağırıb.