ABŞ Senatı Suriyadakı münaqişəyə və Bəşar Əsəd rejiminin kimyəvi silah tətbiqinə cavab məqsədi ilə hərbi əməliyyatın başlamasına dair qətnamə layihəsinə sentyabrın 11-də səs verəcək.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda ABŞ-da çıxan «Politico» qəzeti sentyabrın 6-da xəbər yayıb.
Sentyabrın 11-dək ABŞ administrasiyası təmsilçilərinin iştirakı ilə senatda brifinqin keçiriləcəyi gözlənilir. Məlumata əsasən, bu tədbir qapalı olacaq.