Nyu-York cənub dairəsinin federal prokurorluğu ABŞ-da həbs cəzası çəkən Rusiya vətəndaşı Konstantin Yaroşenkonun silah alverçisi Viktor Butla əlbir olduğunu bildirib.
	
	Nyu-York məhkəməsi 2011-ci ilin sentyabrında Yaroşenkonu narkotik və silah alveri ittihamı ilə 20 il həbs cəzasına məhkum edib.
	
	Qeyd edək ki, Viktor But hazırda qanunsuz silah alveri ittihamı ilə ABŞ-da 25 illik həbs cəzası çəkir.
	
	Ötən ilin noyabrında Yaroşenkonun adından hökmlə bağlı apellyasiya şikayəti verilib.
	
	Texaslı vəkil Aleksey Tarasov Yaroşenkonun günahını məhkəmənin sübuta yetirə bilmədiyini deyir.
«Azadlıq radiosu»